Maraqlı

Bitkilərlə insanlar arasında ünsiyyət saxlamaq mümkündür - elmi araşdırma

27 Mart 2021 21:40
Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sinqapurdakı Nanyang Texnologiya Universitetindən bir qrup tədqiqatçı bitkilərlə yayılan elektrik siqnallarının insanlarla ünsiyyət qurmağa kömək edəcəyini araşdırıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, hər bitkinin ətrafdakı hadisələrə beyin kimi bir elektrik siqnalı göndərərək reaksiya verdiyini bildirən tədqiqatçılar yarpaqların arasına keçirici material qoyaraq smartfon vasitəsilə əlaqə qurublar.

Tədqiqat çərçivəsində Venera flytrap üzərində bir təcrübə aparılıb. 3 millimetr qalınlığında bir elektrod (elektrik siqnallarını ötürən material) "termogel" adı verilən yapışqan köməyi ilə bitkinin yarpaqlarına yerləşdirilib.

Tədqiqat aparan mütəxəssislər bitkinin "insanlar tərəfindən elektriklə idarə oluna bilən bir robot" kimi davrandıqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.