Maraqlı

Alibaba brauzeri Çin tətbiq mağazalarından silinib

25 Mart 2021 07:31
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədəki populyar Alibaba internet korporasiyasına məxsus UC Browser brauzeri Çin tətbiq mağazalarından silinib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çin Kommunist Partiyası rəhbərliyi iclasında ölkədəki texnoloji şirkətlərin artan təsiri tənqid edildikdən bir gün sonra tətbiq silinib.

"Bəzi platforma şirkətləri çox sürətlə böyüyür və buna görə risklər yaradır. Ciddi problem isə mövcud tənzimləmə rejiminin bunun öhdəsindən gələ bilməməsidir", - deyə iclasın protokolundan sitat gətirilir.

HƏMÇİNİN OXU: Çin hökuməti Alibaba ilə "müharibə"yə son qoyur

Eyni zamanda, dövlətə məxsus CCTV yayımının brauzerdəki tibb müəssisələrinin reklamlarını tənqid etməsindən sonra UC Brauzeri də silinib.  Aparıcılar açar sözlərdən istifadə edərək dövlət xəstəxanaları axtararkən UC Browser-in potensial xəstələri böyük özəl klinikaların veb saytlarına köçürüldü bildirilib.

Qeyd edək ki, bundan əvvəl Çindəki antitrest tənzimləyiciləri Alibabaya ölkə tarixində ən böyük cərimə tətbiq olunma ehtimalını nəzərdən keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.