Maraqlı

“Apple” apreldə yeni “iPad” modellərini təqdim etməyi planlaşdırır

23 Mart 2021 19:40
Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Apple" şirkəti apreldə yeni "iPad" modellərini təqdim etməyi planlaşdırır. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" korporasiyası təkmilləşdirilmiş prosessor və kameralar əlavə etməklə "iPad Pro" istehsal xəttini yeniləməyə hazırlaşır. Agentlik yazır ki, yeni modellər indiki "iPad Pro" qurğularına oxşar olacaq və displeyin ölçüləri olduğu kimi (11 x 12,9 düym) saxlanılacaq.

1976-cı ildə təsis edilmiş "Apple" korporasiyası fərdi və planşet kompüterlərin, audiopleyerlərin, telefonların, "ağıllı" saatların istehsalı və proqram təminatının hazırlanması ilə məşğul olur. Şirkət ötən ilin oktyabrında 4 yeni smartfon modelini təqdim edib: "iPhone 12" və "iPhone 12 mini", həmçinin "iPhone 12 Pro" və "iPhone 12 Pro Max".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.