Türkiyəli müğənni-aktyor Əmrah boşanma ərəfəsində olduğu Sibel Ərdoğan ilə Belçikada görüntülənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün yanında qızları Elyesa da olub.
Görüntülərdən sonra onların barışdığı iddia edilib. Əmrah bu barədə hələ ki, açıqlama verməyib.
Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurub. İfaçı ötən boşanma ərizəsini vəkili Merve Fidan vasitəsilə Bodrum Ailə Məhkəməsinə təqdim etmişdi. Dosyaya gizlilik qərarı aldıran Əmrah həyat yoldaşından heç bir şey tələb etməmişdi.
Milli.Az