Boşanacaqları deyilirdi, amma... - FOTO

13 Mart 2021 09:29

Türkiyəli müğənni-aktyor Əmrah boşanma ərəfəsində olduğu Sibel Ərdoğan ilə Belçikada görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün yanında qızları Elyesa da olub.

Görüntülərdən sonra onların barışdığı iddia edilib. Əmrah bu barədə hələ ki, açıqlama verməyib.

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurub. İfaçı ötən boşanma ərizəsini vəkili Merve Fidan vasitəsilə Bodrum Ailə Məhkəməsinə təqdim etmişdi. Dosyaya gizlilik qərarı aldıran Əmrah həyat yoldaşından heç bir şey tələb etməmişdi.

Milli.Az