Maraqlı

Kompakt diskin ixtiraçısı dünyasını dəyişib

15 Mart 2021 22:15
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dutch News" portalının məlumatına görə, kompakt disk və kasetlər üçün plyonkanı ixtira edən hollandiyalı mühəndis Lodeveyk Ottens 94 yaşında dünyasını dəyişib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Ottens 1952-ci ildə "Philips" şirkətində işləməyə başlayıb. O, 8 il sonra sözügedən şirkətdə məhsulların hazırlanması bölməsinə rəhbərlik etməyə başlayıb və 1 il ərzində komandası ilə birgə ilk yığcam maqnitofon təqdim ediblər. Ottens 2 il sonra kompakt kasetlər üçün plyonkanı, bundan sonra isə kompakt diski ixtira edib.

İxtiraçı 1986-cı ildə təqaüdə çıxıb. Portal yazır ki, Ottens həmişə hər iki ixtiranın kollektiv əməyin nəticəsi olduğunu vurğulamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.