Maraqlı

Rusiyalı həkim arağın minimal zərərli dozasını açıqlayıb

13 Mart 2021 15:53
Baxış: 2 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuq, şaxtalı havada araq içib, açıq havaya, küçəyə çıxmaq təhlükəlidir.

Milli.Az lent.az-a istinadən bildirir ki, rusiyalı həkim psixiatr arağın minimal zərərli dozasını açıqlayıb.

"Alkoqolun 30 milliqramlıq dozası standart dozadır və sağlamlıq üçün az təhlükəlidir. Bir gecədə ancaq 3 belə doza içmək olar, çox olmaz".
Araq içib soyuq, şaxtalı küçəyə çıxmaq, idman etmək, yürüş etmək çox təhlükəlidir. Alkoqol damarları genişləndirir, bədəni isitmir. İnsana damarlar genişləndiyindən elə gəlir ki, isinir, amma bu vəziyyət bir azdan damarların kəskin yığılmasına, orqanizmin donmasına, temperaturun çox aşağı düşməsinə və letal sonluğa gətirib çıxara bilər.

Küçədə ancaq qlintveyn kimi içki ilə qızınmaq olar. Bu içkinin tərkibində ədviyyatlar var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.