“Samsung” yeni 2021-ci il televizorlar seriyası təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənubi Koreyanın texnoloji nəhəngi "Samsung" yeni 2021-ci il televizorlar seriyasını nümayiş etdirib. Söhbət "MICRO LED" və "Samsung Neo QLED" texnologiyaları əsasında qurğulardan gedir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung" nümayəndələrinin sözlərinə görə, "MICRO LED" panelləri yüksək parlaqlıq, dərin qara rəng, eləcə də yüksək görüntü keyfiyyəti ilə xarakterizə olunur. Panelin əsasında qeyri-üzvi işıq diodları televizorun bütün istismar müddəti ərzində bozarmadan qorunur. Bu il şirkət tərəfindən martın sonunda satışa çıxarılacaq 99 və 110 düym diaqonallı "MICRO LED" televizorları təqdim edilib. Payızda seriyanın 76 və 88 düymlük modellərlə genişləndiriləcəyi gözlənilir.
Seriyanın yeni qurğusu "Neo QLED" televizorlarıdır. Bu qurğularda ənənəvi işıq diodlarından 40 dəfə az yer tutan "Quantum Mini" tipli yeni işıq diodları tətbiq edilib. Yeni texnologiya daha dərin qara rəngi, "ağıllı" miqyaslanmanı və parlaq işıqlandırmanı təmin edir. "Samsung Neo QLED" və "QLED" televizorları "Xbox Series X" oyun qurğusu ilə istifadə üçün adaptasiya edilib.
2021-ci ildə "Samsung" ekran diaqonalı 65, 75 və 85 düym təşkil edəcək "Neo QLED 8K" (QN800A və QN900A) televizorlarını satışa çıxarmağa başlayacaq. Bundan başqa, ölçüsü 50 düymdən başlayan "QN85A" və "QN90A" "4K" televizorları buraxılacaq.
Nizam Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu qidalar qocalmanı sürətləndirir
-
Aydan Fərəcova spikerə köməkçi təyin edildi - (Foto)
-
Fəxriyyə Xələfova Azərbaycan xalça sənətindən ilhamlanan kolleksiyasını təqdim edib - (Foto)
-
Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı
-
"Əməliyyat, dolğu və qaynaq etdirən xanımlar “yamaqlı gözəllər”dir" - (Video)
-
“Hamısı qan qusacaq” – Arzumun atası
-
Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi
-
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda bu dövlət qurumları ləğv olundu
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
-
Bu Çin maşını kəskin ucuzlaşdı
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
-
Maştağada “Mercedes” mağazaya çırpıldı - (Foto)
-
Sabah çimərliklərdə gözlənilən hava açıqlandı
-
Harri Keyn Peleni geridə qoydu
-
Fədayə Laçının rus dilində danışığı gündəm oldu - (Video)
-
Deniz Göktaş saxlanıldı
-
443 metr yüksəkdə evlilik təklifi - Saxlanıldılar - (Foto)
-
Gülnarə Xəlilovanın yeni kolleksiyası "Xalça Muzeyi Fashion Show: Zamanın naxışları" layihəsi çərçivəsində təqdim olunub - (Foto)
-
Valensiya milli ilə vidalaşdı
-
""Vağzalı" vida musiqisidir, restoranda nə işi var?"
-
Acundan "Fənərbağça"ya "tərs köşə" - Sarı lacivərdlilərin ulduzunu alır
-
İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - (Foto)
-
Kseniya Sobçak: "Oğluma rayonlu qızı almaram"





