Dövlət sektorunda illik İT xərcləri 4,2 faiz artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gartner" tədqiqat şirkəti 2020-ci ildə dövlət sektorunda informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 459,4 milyard təşkil etməsini açıqlayıb. Bu, bir il əvvəlin göstəricisindən 4,2 faiz çoxdur.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ən çox artım tempini proqram təminatının (bura proqramlar, infrastruktur həllər və xüsusiləşmiş məhsullar daxildir) satışları nümayiş etdirib: onların həcmi 108,2 milyard dollara çataraq 8,9 faiz artıb. Dövlət orqanlarının İT xidmətləri üçün xərcləri 4,8 faiz artaraq 160 milyard dollara çatıb. Bu kateqoriya nəzərdən keçirilən bazarda ən böyük kateqoriya olaraq qalır.
Dövlət müəssisələri tərəfindən 2020-ci ilin yekunları üzrə İT avadanlıqlarına təxminən 33 milyard dollar sərf olunub ki, bu da bir il əvvəlki göstəricini 1,6 faiz üstələyir. Data mərkəzləri üçün həllərin alışına 6,7 faiz - 30,3 milyard dollar xərclənib.
Tədqiqata, həmçinin telekommunikasiya xidmətləri daxildir. Ötən il dövlət orqanları onlara 64 milyard dollar xərcləyiblər ki, bu da 2019-cu illə müqayisədə 0,5 faiz azdır.
Ekspertlərin proqnozlarına görə, 2021-ci ildə üç seqment dövlət sektorundakı bütün İT bazarından daha yüksək artım nümayiş etdirəcək. İlk növbədə söhbət bu il 9,2 faiz artaraq 118,1 milyard dollar olacağı gözlənilən proqram təminatının satışlarından gedir.
Tədqiqatda, həmçinin bildirilir ki, dövlət təşkilatları məsafədən iş praktikasını və ictimai servislərdən istifadəni davam etdirəcəklər. Bununla əlaqədar 2021-ci ildə onların texnoloji qurğular üçün xərcləri 5,6 faiz artacaq. 2020-ci ildə bu göstərici 1,6 faiz olub.
Bazardan daha sürətli inkişaf edə biləcək bir seqment kimi analitiklər tərəfindən İT xidmətləri göstərilir. Burada 2021-ci ildə dövlət xərclərinin 5,4 faiz artaraq 168,6 milyard dollara çatacağı gözlənilir. Cari ildə dövlət ehtiyacları üçün informasiya texnologiyaları bazarının həcminin 5,2 faiz artaraq 482,8 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





