Maraqlı

“MIUI”nun yeni proqram təminatı istifadəçiləri məyus edib

16 Fevral 2021 20:55
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"MIUI 12.5" interfeysinin qlobal versiyası Çin analoqu kimi funksional deyil. Bu haqda "NotebookCheck" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Xiaomi" şirkəti "Android" əməliyyat sistemi üçün interfeysini qlobal sınaqdan keçirir. Şirkət bəzi smartfonlar üçün "MIUI 12.5" interfeysini artıq əlçatan edib. Sözügedən interfeysin qlobal variantında daha az optimallaşdırma (Çin versiyasında enerji istehlakı və əməli yaddaşdan istifadə daha azdır) edildiyi məlum olub.

Bundan başqa, "MIUI 12.5" interfeysinin qlobal versiyasında yeni funksiyalar yoxdur. Məsələn, kompüterlə işləmək üçün "MIUI " rejimi, yeni sistem səsləri və animasiyaların seçilməsi və taktil əks-əlaqə sistemi ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.