Maraqlı

ABŞ-da uçan avtomobil nümayiş olunub

16 Fevral 2021 23:45
Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Lift Aircraft" şirkəti "HEXA" adlı uçan avtomobil təqdim edib. Bu barədə "Dayton 24/7 Now" nəşrinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin baş direktoru və təsisçisi Metyu Çeyzenin sözlərinə görə, fevralın 9-da "HEXA" seriyalı ilk təyyarə sınaqlar və uçuş yararlığının sertifikatlaşdırılması üçün ABŞ-ın Hərbi Hava Qüvvələrinə təqdim edilib.

Uçan avtomobilin idarə olunması üçün pilot lisenziyası tələb olunmur. Uçuşa hazırlıq üçün təxminən 1 saat lazımdır.

Məlumata görə, nəqliyyat vasitəsi 15 dəqiqə havada qala və 16-24 kilometr məsafəni qət edə bilir.

M.Çeyzen bildirib ki, "HEXA" fövqəladə hallar zamanı polis, yanğınsöndürmə xidməti və ya təcili tibbi yardım tərəfindən istifadə ediləcək.

"HEXA" təyyarələr parkından əvvəlcə əyləncə kimi istifadə nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.