Maraqlı

"Tyanven-1" kosmik aparatı Mars orbitindən video göndərib - VİDEO

12 Fevral 2021 22:20
Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Tyanven-1" pilotsuz kosmik aparatı Mars orbitindən çəkilmiş videonu Yerə göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, videoçarx Çin Mərkəzi Televiziyasında nümayiş olunub. Zond Qırmızı planetin Günəş tərəfindən işıqlandırılan hissəsindən onun qaranlıq tərəfinə doğru hərəkət edərək Marsın səthini çəkib. Kadrlarda, həmçinin Mars relyefini görmək olar.

"Tyanven-1" fevralın 10-da uğurla Marsın ilkin elliptik orbitinə çıxıb. Mütəxəssislər onun may-iyun aylarında Utopiya düzənliyinin cənub hissəsinə yumşaq eniş edəcəyini gözləyirlər. Planetin bu hissəsində qrunt sularının olması ehtimal edilir. Mars zondu orada torpağın, ionosferin və iqlimin tədqiqi ilə məşğul olacaq.

Zond iyulun 23-də buraxılıb. Missiyanın uğurlu alınacağı təqdirdə alimlər Mars planetinin atmosferini, relyefini, geoloji xarakteristikasını, maqnit sahəsini öyrənə biləcəklər. Bununla yanaşı, missiyanın əsas məqsədi Marsın gələcəkdə insan həyatı üçün yararlı ola biləcəyi barədə suala cavab tapmaqda alimlərə kömək etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.