Maraqlı

Pierr Kardinin sarayı 656 milyona satılır - FOTO

12 Fevral 2021 17:06
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur brend "Pierre Cardin"in sahibinə məxsus ev satışa çıxarılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 13 min kvadrat metr ərazisi olan malikanə 1970-ci ildə inşa edilib.  Onun dekorasiyasına macarıstanlı dizayner Antti Lovag imza atıb.

Villa şarlar formasında inşa edildiyindən "Şar sarayı" adlandırılır. Aralıq dənizi sahilində yerləşən bu malikanəni Pierr 1991-ci ildə alıb.

Bir çox böyük məclislərə ev sahibliyi edən mülk bir neçə həyət, hovuzlar, amfiteatr və 10 otaqdan ibarətdir. "Şar sarayı" 280 milyon funt-sterlinqə ( 656 milyon 572 min manata) təqdim edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory