Maraqlı

Google Fit kamera ilə ürək döyüntüsünü ölçəcək

11 Fevral 2021 21:50
Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google Piksel telefonlarında Fit tətbiqini yeni funksiya ilə təmin edir. Tətbiq artıq bu cihazlarda ürək döyüntüsünü və tənəffüs sürətini ölçə biləcək. Şirkət bu funksiyanı tezliklə digər Android cihazlarında da tətbiq etməyi planlaşdırır. Bu funksiyanın maraqlı tərəfi odur ki, smartfon kamerası vasitəsi ilə bunları edəcək.

Milli.Az techland.az-a istinadən bildirir ki, Fit kamera ilə sinənin qalxma və enməsini izləyərək tənəffüs sürətini ölçəcək. Ürək döyüntüsünün ölçülməsi üçün isə qan dövranından asılı olaraq barmaq ucunda görünən rəng dəyişikliyi izləniləcək. Google yeni funksiyanın tibbi diaqnoz üçün istifadə edilməməsi lazım olduğunu vurğulayır.

Google tərəfindən mövzu ilə bağlı: "Bu ölçmələr tibbi diaqnoz və ya tibbi vəziyyətin qiymətləndirilməsi üçün hazırlanmamışdır. Google Fit istifadə edənlər gündəlik enerjilərini daha yaxından izləyə və yaxşılaşdıra bilərlər. Bu ölçmələr tətbiqdə qeyd oluna və dəyişikliklər zamanla izlənilə bilər." açqıqlamasını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.