Maraqlı

1976-cı il istehsalı Apple 1 kompüteri rekord qiymətə hərraca çıxarılıb

4 Fevral 2021 22:50
Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir qayda olaraq yeni rəqəmsal texnika satışa çıxandan sonra onun qiyməti enməyə başlayır. Smartfonlar və kompüterlər tez köhnəlirlər və onları digər yeni modellər əvəz edirlər. Lakin söhbət, nadir və ya eksklüziv cihazlardan gedəndə vəziyyət dəyişir. Belə ki, eBay hərracında 1976-cı ildə istehsal olunmuş və əfsanəvi Steve Jobs tərəfindən yığılmış tam işlək Apple 1 kompüteri ortaya çıxıb. Hərraca çıxarılmış bu cihazın qiyməti isə təəccübləndirir.

1.5 milyon dollar qiymətinə hərraca çıxarılmış bu kompüterin sahibinin sözlərinə əsasən o, kompüterin saxta olmadığını təsdiqləyən sertifikata sahibdir. Başqa sözlə desək, hərraca çıxarılmış Apple 1 kompüteri vaxtı ikən Steve Jobs-un dünyanın ilk kompüter mağazalarından biri olmuş Byte Shop-a satmış olduğu 50 bu cür kompüterdən biridir. Məhsulun təsvirində qeyd edilib ki, o, tam işləkdir və Byte Shop KOA adlı taxta gövdədə təqdim olunur. Apple 1 kompüteri 1 MHz tezlikdə çalışan MOS 6502 adlı 8 bit-lik mikroprosessor və 4 KB RAM ilə təchiz olunub.

Kompüterin RAM göstəricisini həmçinin 8 KB və ya 48 KB-a yüksəltmək mümkündür. 1976-cı ildə yalnız 200 ədəd Apple 1 kompüteri istehsal olunub. Kompüterin komplektində monitor qismində isə Sony TV-115 televizoru çıxış edir. 2010-cu ildə bu cür kompüter 210.000$-a, 2014-cü ildə isə 905.000$-a satılmışdı. Maraqlısı ondadır ki, bu kompüterin sahibi 2 il bundan öncə onu 1.75 milyon dollar qiymətində hərraca çıxartmışdı. Lakin həmin vaxtda Apple 1 kompüterinə bu qədər pul verən şəxs tapılmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.