Maraqlı

Yeni doğulan körpədə koronavirusa qarşı immunitet aşkarlanıb

6 Fevral 2021 19:20
Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxan hamilənin dünyaya gətirdiyi körpənin qanında virusa qarşı antikor inkişaf etdiyi məlum olub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Bolqarıstanda 28 yaşında olan qadın keysəriyyə əməliyyatı ilə 2 kiloqram 750 qram çəkidə körpə dünyaya gətirib. Həkimlər aparılan analizlər zamanı uşağın qanında antokor aşkarlayıblar. Məlumata görə, qadın hamiləliyin 7-ci ayında koronavirusa yoluxub.

Qeyd edək ki, bir qədər əvvəl Sinqapurda da belə bir hal aşkarlanıb.

Bundan başqa, indiyə qədər yeni doğulanların bir qismində də koronavirus aşkarlanıb. Mütəxəssislər indiyə kimi hamilələrdən körpəyə virusun hansı yolla keçdiyinin dəqiq məlum olmadığını açıqlayırlar. Adətən körpələrin doğuş zamanı hava-damcı yolu ilə virusa yoluxduqları bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.