Maraqlı

Populyar sosial şəbəkədə istifadəçi məlumatlarını oğurlamaq imkanı aşkarlanıb

30 Yanvar 2021 08:05
Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Populyar "TikTok" sosial şəbəkəsində hakerlərə istifadəçilərin şəxsi məlumatlarını toplamağa imkan verən yeni təhlükəli boşluq aşkarlanıb. Bu barədə "Check Point" şirkətinin press-relizində deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən ikinci dəfədir "TikTok" təhlükəsizliyində boşluqlar aşkarlanır. Yeni səhv profil məlumatlarını, o cümlədən telefon nömrəsini, istifadəçi adı və unikal identifikatorunu oğurlamağa imkan verir. Həmçinin profil fotoşəkillərinə baxmaq və hesab quraşdırmalarını dəyişmək mümkün olur.

Problem sosial şəbəkənin "Dostlar tap" funksiyası ilə əlaqədardır. Orada şirkət əməkdaşları bir sıra "TikTok" mühafizə mexanizmlərini dəf edərək istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə nail olublar.

Hakerlər bu boşluğu aşkarlaya, istifadəçilər haqqında əldə edilən informasiyanı isə cinayətkar məqsədlər üçün istifadə edə bilərlər. Bununla əlaqədar "Check Point Research" şirkətinin əməkdaşları "TikTok" sahibini "ByteDance" adlı boşluğun aşkarlanması barədə məlumatlandırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.