Maraqlı

Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı

30 Yanvar 2021 22:50
Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xiaomi Mi11 Pro smartfonunun yeni görüntüləri yayımlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, cihaz Snapdragon 888 prosessorundan güc alacaq. Bundan başqa, telefonun arxa tərəfinin görüntüsü də dəqiqləşib. Smartfonun arxasında 4 kamera yer aldığı məlum olub.

İddiaya görə, cihaz 120Hz yeniləmə sürətinə və 480Hz toxunma həssaslığına, 6,81 düymlük ekrana, 3200×1440 görüntü imkanına və 515 PPI piksel sıxlığına sahib olacaq. Ekran, eyni zamanda DCI-P3 dəstəyinə malikdir. 1500nit-lik parlaqlıq göstəricisi ilə ən yüksək rəng aralığına sahib "ağıllı" telefon ünvanını daşıyacaq.

120W kabelli, 80W kabelsiz sürətli enerjiyığma texnologiyasına, 16 GB əməli yaddaşa ev sahibliyi edəcək modeldə 50 Mp-lik əsas kamera da olacaq. Buna 120x rəqəmli yaxınlaşdırma gücü olan Telefoto obyektli köməkçi və nisbətən daha kiçik ölçülü üçüncü kamera yoldaşlıq edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.