Maraqlı

Feysbuk Netanyahunun paylaşımını sildi

30 Yanvar 2021 21:50
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Baş Naziri Benyamin Netanyahunun rəsmi feysbuk səhifəsindəki bir paylaşımı gizlilik siyasəti pozulduğuna görə silinib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Feysbukun İsrail nümayəndəliyindən edilən yazılı açıqlamada B.Netanyahunun rəsmi səhifəsindən avtomatik mesajlaşma üçün istifadə etdiyi "chat-bot" tətbiqinin da oxşar səbəblərdən bir həftə dayandırıldığı bildirilib.

Açıqlamada "Məxfilik siyasətimizə uyğun olaraq insanların tibbi məlumatlarını paylaşan və ya tələb edən məzmuna icazə verilmir" yazılıb.

Qeyd edək ki, Baş Nazirin səhifəsindəki söhbət botu Feysbuk istifadəçilərinə şəxsi mesaj göndərərək ətraflarında 60 yaşdan yuxarı şəxslərin COVID-19 peyvəndi olub-olmadığını soruşub. Onun silinən paylaşımında da buna oxşar sual olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.