Maraqlı

Qatlanan “iPhone” hazırlayacaq

30 Yanvar 2021 21:15
Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" korporasiyası elastik korpusa malik smartfonun üzərində işləyir. ABŞ şirkətinin yeni patenti haqqında "PatentlyApple" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, patentdə panorama görüntüsü əldə etmək üçün bir neçə kameradan istifadə haqqında məlumat verilir. Fotosensorlar elastik korpusa birləşdiriləcək ki, bu da sensorlar üçün müxtəlif baxış bucağını təmin edəcək. Sözügedən qurğu, həmçinin qatlanan ekrana malik olacaq.

"Apple"ın istehsalı olan ilk elastik smartfonun təqdimetmə tarixi açıqlanmır, sadəcə, patent bu texnologiyaya işarə edir. Çox güman ki yaxın gələcəkdə qatlanan "iPhone" cihazı təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.