Maraqlı

“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

26 Yanvar 2021 19:40
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası ABŞ-ın "General Motors" konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul olan "Cruise" bölməsinə investisiya yatırıb. Sövdələşmənin yekunları üzrə "Cruise" şirkəti "Microsoft", "Honda" və bir sıra digər sərmayədardan 2 milyard dollar cəlb edib ki, bu da şirkətin ümumi dəyərini 30 milyard dollaradək artırmağa imkan verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft", həmçinin layihənin strateji tərəfdaşı qismində çıxış etməyə başlayıb. Sazişin şərtlərinə görə, konsernin "Cruise" törəməsi gələcəkdə işə salınacaq robot taksilər servisi üçün istifadə ediləcək "Azure" "bulud" hesablama platformasına keçəcək.

Məlumata görə, tərəfdaşlıq çərçivəsində "Cruise" "bulud" servislərinə qənaət edəcək, "Microsoft" isə qabaqcıl texnologiyaları maşın öyrənmə (Machine learning) və "ağıllı" avtomobillər sahəsində sınaqdan keçirmək imkanı əldə edəcək.

2013-cü ilin oktyabrında yaradılan "Cruise" 2016-cı ilin martında "General Motors" tərəfindən satın alınıb. Sazişin dəyəri açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.