Maraqlı

“OnePlus” və “OPPO” smartfonların hazırlanmasında səyləri birləşdirir

26 Yanvar 2021 08:21
Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rəqəmli texnika istehsalçıları kimi tanınan "OPPO" və "OnePlus" şirkətləri arasında mobil texnologiyalar sahəsində əməkdaşlıq, elmi tədqiqat və təcrübi-konstruktor işləri şöbələrinin birləşdirilməsi haqqında razılıq əldə edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çinin "DoNews" portalının "OPPO" mənbələrinə istinadən məlumatına görə, şirkətlərin elmi tədqiqat mərkəzləri vahid strukturda birləşdiriləcək. Bununla yanaşı, hər bir istehsalçı öz proqram təminatını qoruyub saxlayacaq, mobil texnologiyalarla bağlı birgə tədqiqatların nəticələri isə hər iki brendin hazır məhsullarında istifadə ediləcək.

Ekspertlər qeyd edir ki, bu qərar ümumi işləmə və tədqiqat sisteminin xarakterik olduğu "Xiaomi" və "Redmi" şirkətlərinin fəaliyyət modelini xatırladır.

Çin şirkətlərinin nümayəndələri qərara hələ kimi rəsmi münasibət bildirməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.