Maraqlı

ABŞ banklara öz kriptovalyutalarını buraxmağa icazə verdi

24 Yanvar 2021 21:50
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın maliyyə tənzimləyicisi olan Maliyyə Nazirliyinin Valyuta Nəzarəti İdarəsi (OCC) ABŞ-da fəaliyyət göstərən banklara və federal əmanət assosasiyalarına blockchain texnologiyasından istifadə edərək öz rəqəmsal valyutalarını buraxmağı icazə verdi. OCC (The Office of the Comptroller of the Currency) bununla bağlı rəsmi məlumatı yanvarın 4-ü dərc etdi. Bu o deməkdir ki, banklar artıq ödəniş məlumatlarını saxlamaq, yoxlamaq və təsdiqləmək üçün publik blockchain-dən istifadə edə bilərlər. Bununla da banklar müştərilərinin maraqlarına uyğun olaraq ödəmə əməliyyatlarını həyata keçirmək üçün stablecoin buraxmaq və onu fiat valyutaya mübadilə etmək imkanı əldə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.