Maraqlı

Koreya yeni gəmilərin inşasına 187 milyon dollar ayırıb

24 Yanvar 2021 20:15
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreya hökuməti yeni inşa olunacaq gəmilərin ekoloji texnologiyalarla təchiz edilməsi üçün 187 milyon dollar məbləğində pul ayırıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, bu il Koreyada 39 ədəd ekoloji gəminin və iqtisadiyyatın dövlət sektoru üçün 23 ədəd gəminin inşası planlaşdırılır. 2030-cu ilə qədər Koreyada ekoloji texnologiyalarla təchiz edilmiş 530 ədəd gəminin istismar ediləcəyi gözlənilir. O cümlədən LNG ilə çalışan 2 ədəd bunker gəmisinin inşası da bu plana daxildir.

Bütün gəmi sahibləri yeni ekoloji texnologiyaların tətbiqi üçün tələb olunan xərclərin 20%-i qədər təzminat ala biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.