Maraqlı

İlon Mask dünyanın ən varlı insanı oldu

7 Yanvar 2021 20:58
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"SpaceX" və "Tesla" texnologiya nəhənglərinin sahibi Elon Mask dünyanın ən varlı insanına çevrilib. O, varlı insanların reytinqində Ceff Bezosu da keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Elektromobil bazarındakı qiymət artımı hazırda 4,8% təşkil edir və bu, "Tesla" sahibinin milyarderlərin reytinqindəki mövqeyinin ilk pilləyə qalxmasına imkan verib. Tender hazırda da davam edir.

Məlumata görə, onun sərvəti 188,5 milyard dollar qiymətləndirilir, Bezosun sərvəti isə ondan 1,5 milyard dollar azdır.

"Amazon" sahibi 2017-ci ilin oktyabr ayından bəri reytinqə başçılıq edirdi. E.Maskın sərvətinin son bir ildə 150 milyard dollar artdığı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.