Maraqlı

Ağacın gövdəsindən ay-ulduz fiquru çıxdı -FOTO

5 Yanvar 2021 19:53
Baxış: 1 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Doğranılan zaman ortaya çıxan ağac gövdələrinin görüntüsü hər kəsi təəccübləndirib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Türkiyənin Yozqat vilayətində meydana gəlib. Belə ki, odunçuluqla məşğul olan Duran İlbayın kəsdiyi ağacın gövdəsindən ay və ulduz fiqurunun təsviri çıxıb.

O, bunu çəkərək sosial şəbəkədə paylaşıb. Foto qısa zamanda sosial şəbəkədə gündəm yaradıb.  Ağacı almaq üçün xeyli müştəri odunçunu axtarmağa başlayıb.

Lakin Duran İlbay  ağacı satmaq fikrinin olmadığını bildirərək və onu prezidentin köməkçisi Fuat Oktaya hədiyyə etməyi düşündüyünü qeyd edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.