Maraqlı

PubG mobile 2 milyondan çox hesaba girişi blokladı

24 Dekabr 2020 21:50
Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəlki qədər olmasa da, yenə də populyarlığını qoruyan PUBG Mobile-da ən böyük problem aldatma hesablarının artırılması idi. Şirkət keçən həftə belə hesablara qarşı geniş mübarizəyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, PUBG Mobile-ın rəsmi Tvitter hesabında 11-17 dekabr tarixlərini əhatə edən "Pan Pan" adlı əməliyyatda hiyləgərlik və piratçılıqla əlaqədar olaraq 2 milyondan çox hesaba girişin daimi bloklandığı qeyd edilib.

Həmçinin bildirilib ki, 2 milyon qadağan olunmuş hesabın 31%-i xarakter modellərini dəyişdirdikləri, 18%-i isə X-ray fəndindən istifadə etdiyi üçün bloklanıb.

Qapadılanların 22%-i bürünc, 15%-i isə almaz və platin hesablar olub.

Qeyd edək ki, şirkətdə eyni hal avqust ayında da baş vermişdi. Amma bu zaman yalnız bəzi cihazların oyunu idarə etməsinin qarşısı alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.