Maraqlı

“Apple” şirkəti 2024-cü ilədək öz avtomobilini istehsal etməyi planlaşdırır

24 Dekabr 2020 21:55
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti 2024-cü ilədək qabaqcıl batareya texnologiyası ilə təchiz edilmiş sərnişin avtomobili istehsal etmək niyyətindədir. Bu barədə öz mənbələrinə istinadən "Röyters" agentliyi məlumat verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ şirkəti hələ 2014-cü ildə "Project Titan" kimi tanınan layihə çərçivəsində öz avtomobilinin hazırlanması ilə məşğul olmağa başlayıb. Məlumata görə, o vaxtdan etibarən şirkət bu istiqamətdə xeyli irəliləyib və indi öz müştəriləri üçün avtomobil istehsal etmək niyyətindədir. "Apple"ın planları hələ ki rəsmən açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.