Maraqlı

“MicroLED” ekranlı ilk “ağıllı” saat nümayiş olunub

24 Dekabr 2020 08:21
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Konka Group" şirkəti "MicroLED" ekranlı ilk "ağıllı" saat nümayiş etdirib. Söhbət təkrar enerji toplamadan 35 gün işləyən "Aphaea Watch" adlı qurğudan gedir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qurğu 0,12 millimetr qalınlığında şüşə altlığa malik 2 düym diaqonallı "MicroLED" displeyi ilə təchiz edilib. Ekran görüntünü yüksək keyfiyyətdə ötürür, maksimal parlaqlıq səviyyəsi isə 1500 kandel/kvadratmetr təşkil edir. Həmçinin ekran "DCI-P3" rəng məkanını 147 faiz əhatə edir və -30 dərəcədən +70 dərəcəyədək ətraf mühit temperaturunda işləyə bilir.  
 
"MicroLED" ekranları yüksək kontrastlıq səviyyəsi, sürətli reaksiya və tünd qara rəngi ötürmək qabiliyyəti ilə xarakterizə olunur. "OLED" panelləri ilə müqayisədə "MicroLED" displeyləri yüksək parlaqlıq və stabil işlə seçilir. "Konka" "ağıllı" saatı üçün istehsalçının adının açıqlanmamasına baxmayaraq söhbətin ötən il bu tip panellərin kütləvi istehsalına başlayan Çinin "BOE" şirkətindən getdiyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.