Maraqlı

Kosmik turizm şirkətinin orbit ətrafı test uçuşu uğursuz oldu

22 Dekabr 2020 20:45
Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ kosmik gəmi istehsalçısı və kosmik turizm şirkəti "Virgin Galaktic"in yeni suborbital gəmisi 'VSS Unity'nin sınaq uçuşu uğursuz olub.

Milli.Az techland.az-a istinadən bildirir ki, şirkət tərəfindən verilən açıqlamada, gəminin raket mühərriki işləmədiyi üçün daşıyıcı təyyarənin VMS Eve tərəfindən dünyaya geri gətirildiyi bildirilib.

Açıqlamada, daşıyıcı təyyarənin yerli vaxtla saat 10:24-də şirkətin New Mexico əyalətindəki səhranın ortasında qurduğu Spaceport America bazasından havaya qalxdığı və sonra  50 min fut yüksəklikdə (təxminən 15 min metr) sərbəst buraxılmağa hazırlaşarkən daxiliyanma mühərrikində bir problemlə qarşılaşdığı bildirilib.

Şirkət rəsmiləri, test uçuşun gələcəkdə yeni bir mühərriklə təkrarlanacağını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.