Maraqlı

Yeni “Xiaomi” televizoru buraxılıb

19 Dekabr 2020 19:05
Baxış: 818
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin "Xiaomi" şirkəti kvant pikselli yeni "Mi QLED TV" televizor modelini təqdim edib. Qurğu "PatchWall" istifadəçi interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, televizor 3840 × 2160 piskel təsvir ölçülü "4К" formatlı 55 düym diaqonallı ekranla təchiz edilib. "NTSC" rəng məkanı təxminən 100 faiz, "DCI-P3" məkanı isə 95 faiz əhatə olunub.

Panelin çərçivəsi alüminiumdan ibarətdir. Ekran ön səthin 96 faizini əhatə edir, baxış bucağı 178 dərəcəyə bərabərdir. Həmçinin "Dolby Vision" və "HDR 10+" texnologiyaları dəstəklənir.

Yeni qurğuya "Mali G52 MP2" qrafik sürətləndiricisinə malik dördnüvəli "MediaTek MT9611" prosessoru quraşdırılıb. Operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış isə 32 giqabayt təşkil edir.

Televizor "Wi-Fi 802.11ac (2,4 / 5 giqahers) və "Bluetooth 5.0" simsiz rabitə adapterləri, üç "HDMI 2.1" portu, iki "USB" çıxışı, "S/PDIF" interfeysi, "Ethernet" şəbəkə portu, eləcə də ümumi gücü 30 vatta bərabər altı dinamikli "Dolby Audio/DTS-HD audiosistemi, səsli idarəetməyə malik "Mi Voice" məsafədən idarəetmə pultu ilə təchiz edilib.

"Mi QLED TV" televizorunun təxmini qiyməti 750 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.