Cənubi Koreyanın "LG" elektronika istehsalçısı "Gram 16" leptopunu təqdim edib. Qurğu şirkətin rəsmi "YouTube" kanalında təqdim edilib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni "LG Gram 16" noutbukunun təsvir ölçüsü 2560x1600 piksel təşkil edir. Leptopun çəkisi 1,2 kq-dır.
"Gram 16" cihazında məhsuldarlığı "Intel Tiger Lake" platformasında işlənib hazırlanmış iki prosessor təmin edir: "Core i5-1135G7" və "Core i7-1165G7". Seçimdən asılı olaraq əməli yaddaş 8 və ya 16 QB, "PCIe NVMe" daşıyıcısının tutumu isə 1 TB-dək ola bilər. İnteqrasiya edilmiş "Intel Iris Xe" sürətləndiricisi qrafikanı emal edir.
Noutbuk qara, ağ və gümüşü rəngli korpuslarda təklif edilir. "LG Gram" noutbuku 16 yanvar 2021-ci ildən Cənubi Koreyada əlçatan olacaq, dünyanın digər ölkələrində satışa çıxarılması ilə bağlı məlumat hələ ki yoxdur.
Milli.Az