Maraqlı

Ritual qətl qurbanlarına aid kütləvi məzarlıq tapıldı

19 Dekabr 2020 17:42
Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikalı arxeoloqlar Tenoçtitlanda ritual qətl qurbanlarına aid kütləvi məzarlıq tapıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, asteklərə aid kütləvi məzarlıqda 119 kəllə sümüyü aşkar edilib.

"Templo Major" məbəd kompleksinin yaxınlığında beş illik qazıntı zamanı alimlər 1486-1502-ci illərə aid 603 kəllə sümüyünü üzə çıxarıblar.

Şəhər küçəsinin üç metr altından tapılan qalıqlar qadın və uşaqlara məxsus olub.

Kəşf olunan yenilik ondan ibarətdir ki, burada bütün kəllələr eyni nöqtəyə baxır. Ancaq alimlər dairənin mərkəzində nəyin yerləşə biləcəyindən məlumatsızdırlar.

Tenoçtitlan (müasir Mexiko) miladi təqvimin 1325-ci ilində qurulub və 500 min nəfərə qədər əhalisi olan o dövrdə Yer üzündə ən böyük şəhər hesab olunur. 1521-ci ildə Ernan Cortezin rəhbərlik etdiyi İspan konkistadorları (XV və XIX əsrlərdə Şimali və Cənubi Amerikaya hərbi və kəşfiyyat məqsədli səfər edən şəxslər) tərəfindən məhv edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.