Maraqlı

Alimlərdən qorxulu proqnoz: Yer üzü bir həftə qaranlığa qərq olacaq

19 Dekabr 2020 16:54
Baxış: 2 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər həyəcanverici bir açıqlama ilə çıxış ediblər. Belə ki, bütün planet altı gün boyunca - 22 dekabra qədər qaranlığa qərq ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunun səbəbi Günəşdə baş verəcək güclü partlayışlardır. Bu, son 300 ildə ən güclü maqnit fırtınasına gətirib çıxaracaq.

Onun təsirini istisnasız olaraq hər kəs hiss edəcək. Elektrik kəsintiləri, internetdə fasilələrlə yanaşı səhhətdə də bir sıra problemlər, o cümlədən baş ağrıları yaranacaq.

Bundan əlavə, bəzi ölkələrin sakinləri səmada müxtəlif işıqlar və parıltılar müşahidə edə biləcəklər.

Bəzi mütəxəssislər isə belə qiyamət ssenarisinin çox şişirdildiyini söyləyir. Onların sözlərinə görə, əlbəttə, elektrotexnikanın işində kəsintilər və səhhətdə müəyyən narahatlıqlar yaranacaq, amma Yer üzünün tamamilə qaranlığı qərq olmasından söhbət getmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory