Audi A3 modeli ikinci qoşulan hibrid modifikasiyaya sahib olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audi şirkəti A3 Sportback hetçbekinin 45 TFSI e indeksli ikinci hibrid versiyasını təqdim edib. Xəbərlərimizi izləyənlər, bir neçə gün bundan öncə eyni indeksə malik olan Q3 krossoverinin debüt etdiyini xatırlaya bilələr. Yeni versiya, daha əvvəl təqdim edilmiş 40 TFSI e modeli ilə eyni güc qurğusuna malikdir, lakin bibrid qurğunun hasilatı 41 at qüvvəsi və 50 Nm artırılıb.
Audi A3 Sportback 45 TFSI e modelinin hibrid güc qurğusunun tərkibinə 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,4-litrlik turbomühərrik, 6-pilləli S Tronic "robotuna" quraşdırılmış elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anı təşkil edir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, gücü artırılmış qurğu sayəsində ön ötürməli A3 45 TFSI e hetçbeki 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir ki, bu da, A3 40 TFSI e modelində olduğundan 0,8 saniyə azdır. Hetçbekin maksimal sürəti də 5 km/saat artaraq 232 km/saata bərabər olub.
Hibrid hetçbek 100 kilometrə 1,4-1,5 litr benzin sərf edir. Hetçbek avtomatik olaraq elektrik ötürməsi ilə hərəkətə başlayır və daxili yanma mühərrikindən istifadə etmədən 74 kilometrə qədər məsafə qət edə bilər. Bu halda avtomobilin maksimal sürəti 140 km/saatda məhdudlaşdırılır. Elektrik mühərriki 13 kilovat-saatlıq litium-ion batareyadan qidalanır. Batareyanın məişət elektrik şəbəkəsindən tam doldurulmasına təxminən beş saat gərəkdir.
Audi A3 Sportback 45 TFSI e modelini parlaq dekoru olan qara staylinq-dəsti sayəsində tanımaq olar. İstəyə bağlı olaraq, avtomobili matrisa fənərləri və dinamik dönmə siqnalları ilə təchiz etmək olar. Bundan əlavə, yeni model daha iri 17-düymlük təkər disklərini, qırmızı əyləc supportlarını, tündləşdirilmiş şüşələrə, idman oturacaqlarına və ikizonalı iqlim nəzarəti sistemini əldə edib.
Almaniyada Audi A3 Sportback 45 TFSI e modelinin qiyməti 40.395 avrodan başlayər. Müqayisə üçün, 40 TFSI e versiyası 37.470 avroya təklif olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
XƏBƏR LENTİ
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər





