Maraqlı

ABŞ-ın sanksiyaları Türkiyənin müdafiə sənayəsinə təsir etməyəcək

17 Dekabr 2020 22:40
Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ankaraya qarşı S-400 sistemlərinin almasına görə tətbiq etdiyi sanksiyalar Türkiyənin müdafiə sənayəsinə təsir göstərməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Türkiyənin müdafiə sənayesi idarəsinin rəhbəri İsmayıl Dəmir tvitter hesabında yazıb.

"Mənə və ya müəssisəmizə qarşı xaricdə qəbul edilmiş hər hansı qərar mənim və ya komandamın mövqeyini dəyişməyəcək. Bu, Türkiyənin müdafiə sənayesinə mane olmayacaq", - deyə Dəmir yazıb.

O, həmçinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi müdafiə sənayesinin tam müstəqilliyə nail olmaq üzrə addımlar atdığını da vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.