Maraqlı

“Windows 10” əməliyyat sistemində daxili reklam əlçatan olacaq

15 Dekabr 2020 19:55
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti "Windows 10" əməliyyat sistemində reklam tətbiqinə hazırlaşır. Proqram nəhəngi hələ ki yalnız öz məhsullarını tanıtmaq niyyətindədir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məsələn, "Tənzimləmələr" proqram pəncərəsinin yuxarı hissəsində "Windows-dan daha çox məhsul əldə edin" adlı yeni banner yerləşdirilib. "Let's go" düyməsinə sıxıldıqda şirkətin xidmətlərini (məsələn, "Windows Hello", "Your Phone" və ya "Office 365") yoxlamaq təklifindən ibarət interfeys açılacaq. Banner aylıq yeniləmələr quraşdırıldıqda və ya sistemin yenidən yüklənməsindən sonra görsənəcək.

"Microsoft Edge" brauzeri ilə bağlı reklam göstəriləcək. "Tənzimləmələr" pəncərəsində "Edge" brauzerini və "Bing" axtarış sistemini əsas kimi etmək təklif ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.