Maraqlı

Bu il hansı mobil proqram daha populyar olub?

15 Dekabr 2020 08:11
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ildə dünyada ən populyar mobil proqram qısa videolar mübadiləsi üçün "TikTok" servisi seçilib. Bu barədə "App Annie" şirkətinin hesabatında deyilir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "TikTok" həm "iOS", həm də "Android" əməliyyat sistemli smartfon istifadəçiləri arasında ən populyar mobil əlavə olub. Şirkətin proqnozuna görə, 2021-ci ildə servisin aktiv istifadəçilərinin sayı 1 milyardı ötəcək.
 
İkinci yeri "Facebook" sosial şəbəkəsinin mobil əlavəsi tutub. Liderlər beşliyinə, həmçinin "Facebook"a məxsus iki proqram daxildir: "WhatsApp" messenceri üçüncü, "Instagram" sosial şəbəkəsi isə beşinci pillədə qərarlaşıb.
 
Videozəng və konfranslar üçün "Zoom" proqramı dördüncü yerlə kifayətlənib. Onun populyarlığı əksər işçilərin məsafəli işə, tələbələrin isə distant təhsilə kütləvi şəkildə keçməsi səbəbindən sürətlə artıb: pandemiya başlamazdan əvvəl "Zoom" əlavəsi reytinqdə 219-cu mövqedə yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.