Maraqlı

Ayaqlarınız iylənirsə...

12 Dekabr 2020 08:51
Baxış: 1 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ayaqlarınızdan xoşagəlməz iy gəlirsə, bunu ev şəraitində aradan qaldırmaq mümkündür.
Əvvəlcə ayaqlarınızı vanna etmək üçün isti suya yarım litr üzüm sirkəsi əlavə edin və ayaqlarınızı orada yarım saat saxlayın. Sonra əgər ayaqlarınızda ayaq göbələyi varsa, qurulayıb göbələk dərmanı sürtün. Yox əgər göbələk xəstəliyiniz yoxdursa, o zaman ətirli ayaq kremi sürtərək corablarınızı geyinə bilərsiniz.
Ayaq qoxusundan xilas olmağın yollarından biri də ayaqqabını dəyişdirməkdir. Keyfiyyətsiz və ucuz ayaqqabılar ayaqların iylənməsinə səbəb ola bilir. Əgər ayaqqabınızı dəyişdirməyə imkanınız yoxdursa, o zaman aptekdən alınmış təmiz spirtlə ayaqqabılarınızın içərisini pambıqla silin və havalandırın.
Ayaq barmaqlarınızın arasında göbələk xəstəliyi yoxdursa, o zaman dırnaqlarınızda göbələk xəstəliyinin olub-olmamasını yoxlatdırırn. Çünki ayaqların iylənməsinin əsas səbəbi göbələk xəstəlikləridir. Bu zaman ayaqlar mütləq göbələk əleyhinə şampunla yuyulmalı və təmiz qurudulmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.