Maraqlı

Noyabrın ən sürətli “Android” smartfonları məlum olub

5 Dekabr 2020 20:55
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil qurğuların sürətini qiymətləndirməyə imkan verən "AnTuTu" saytı "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən yüksək məhsuldarlığa malik qabaqcıl səviyyəli smartfonların siyahısını yeniləyib. Noyabrın yekunları üzrə böyük dəyişikliklər baş verməyib: bir ay əvvəl olduğu kimi, reytinqə "Huawei Mate 40 Pro+" smartfonu başçılıq edir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, ikinci yeri onun 8 giqabaytlıq operativ yaddaş tutumuna malik daha sadə "Mate 40 Pro" versiyası tutub. Hər iki qurğu "Kirin 9000" - "Huawei" şirkətinə məxsus prosessor əsasında qurulub. İlk onluğa daxil olan digər bütün qurğulara "Qualcomm" şirkətinin "Snapdragon 865" çipi quraşdırılıb.  
 
"Mi 10 Ultra" son ayda orta nəticəni yaxşılaşdırıb. "Xiaomi" modeli üçüncü pilləyə yüksələrək "Redmi K30S Extreme Edition" və "Vivo X50 Pro+" smartfonlarını geridə qoyub. Beşliyi təxminən eyni sayda bal toplayan "iQOO 5" və "iQOO 5 Pro" tamamlayıb. "Asus ROG Phone 3" oyun smartfonu iki mövqe itirərək doqquzuncu yeri tutub.
 
Reytinq tərtibatçılarının sözlərinə görə, "Snapdragon 888" - yeni "Qualcomm" prosessoru buraxılanadək güclər nisbətində dəyişikliklər gözlənilmir. Çip 2021-ci ilin əsas qabaqcıl "Android" smartfonlarına, o cümlədən "Samsung", "OnePlus", "LG" və digər istehsalçıların qurğularına quraşdırılacaq. "Xiaomi" artıq "Mi 11" modelinin ən yeni "Qualcomm" çipi ilə təchiz ediləcək dünyanın ilk smartfonlarından olacağını rəsmən təsdiq edib.  
 
Orta sinifli smartfonlar reytinqində də köklü dəyişikliklər baş verməyib. Qalib "Redmi 10X 5G" olaraq qalsa da, onun eyni "Dimensity 820" çipinə malik nisbətən bahalı "Redmi 10X Pro 5G" versiyası üçüncü pilləyə enib. Üçüncü yerə ilk dəfə "Huawei Nova 7 Pro" modeli layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.