Maraqlı

Qırmızı düyü qanda şəkəri və xolesterini normallaşdırır

28 Noyabr 2020 21:25
Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırmızı düyü qanda şəkərin və xolesterinin normallaşmasına kömək edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qırmızı maya düyü bağırsağın fəaliyyətinə təsir etməklə xolesterini normallaşdırır.

Glisemik indeksə malik olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm prosesini normallaşdırır, xolesterinin qana keçməsinə maneçilik törədən sellüloz vasitəsilə orqanizmi şlaklardan təmizləyir. Bu o deməkdir ki, qırmızı düyü qanda şəkərin səviyyəsinin tez-tez qalxıb düşməsinə imkan vermir.

Bundan əlavə, qırmızı düyü aclığı tez yatırır, uzunmüddətli toxluq hissini qoruyur və diabet xəstələrində problemlər yaradan çəki artımının qarşısını alır.

O cümlədən, qırmızı maya düyü artıq mayenin xaric olunmasına kömək etməklə yanaşı, tərkibində olan dəmir vasitəsilə orqanizmdə anemiyanın inkişaf riskini azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.