Yeni qabaqcıl “Huawei” smartfonu açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Növbəti qabaqcıl "Huawei" smartfonu "Kirin 9000" prosessoru ilə təchiz ediləcək. Bu barədə "The Elec" nəşrinin şirkətdəki mənbələrə istinadən məlumatında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Huawei P50" modelinin buraxılışı 2021-ci ilin əvvəlində baş tutacaq. Çin korporasiyası "P" seriyalı qabaqcıl modelləri adətən ilin birinci yarısında, "Mate" seriyasını isə ikinci rübdə təqdim edir. Blogerlərin məlumatına görə, "Huawei" artıq qurğular üçün komponentlərin tədarükü ilə bağlı tərəfdaşlarla razılıq əldə edib.
Məlumdur ki, Cənubi Koreyanın "Samsung Display" və "LG Display" şirkətləri "Huawei" üçün müasir "OLED" panelləri tədarükçüsü qismində çıxış edir. Bundan başqa, qabaqcıl smartfonun "HiSilicon" törəmə şirkəti tərəfindən istehsal ediləcək "Kirin 9000" çipi ilə təchiz ediləcəyi ilə bağlı məlumatlar yayılıb. İlk dəfə "Huawei Mate 40" modelinin prosessorunda tətbiq edilən prosessor "5G" standartını dəstəkləyir və oktyabrda nümayiş etdirilən "iPhone 12" seriyalı smartfonlara quraşdırılan "Apple A14 Bionic" çipləri ilə müqayisədə 30 faiz daha çox tranzistora malikdir.
Məlumata görə, "P50" smartfonlarında "Kirin 9000" çipindən istifadə ABŞ sanksiyalarına görə sual altında olub. Jurnalistlərin fikrincə, "Huawei" ya prosessor ehtiyatına malikdir, ya da sanksiyaların aradan qaldırılacağına ümid edilir ki, bu da yeni çip partiyasının sifarişinə imkan verəcək.
"Huawei" şirkətinin aktual "P" seriyalı smartfonu 2020-ci ilin aprelində təqdim edilib. "Huawei P40 Pro " modeli 6,58 düymlük "OLED" ekran, "Kirin 990 5G" prosessoru, 8 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaş, 50, 8, 8 və 40 meqapikselli obyektivlərə malik kamera və üçölçülü sensorla təchiz edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)





