Maraqlı

Sətəlcəmin qarşısını necə almaq olar?

28 Noyabr 2020 20:40
Baxış: 2 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sətəlcəm (pnevmoniya) və ya ağciyər sətəlcəmi kəskin infeksion xəstəliklərə aiddir. Bu infeksiyanın orqanizmə düşməsi yolları müxtəlifdir. O, çox vaxt hava-damcı yolu ilə, bəzən də qan axını vasitəsilə yayılır.

Pnevmoniyanın törədiciləri müxtəlif növ viruslar, bakteriyalar və göbələklər ola bilər. Xəstəliyin əlamətləri də onu doğuran səbəblərdən, pasiyentin yaşından və sağlamlıq durumundan asılıdır. Sətəlcəm kəskin inkişaf edir. Ağciyərdə ağırlaşması ən çox yaşlı adamlarda, immuniteti zəif uşaqlarda müşahidə edilir. Ağciyər sətəlcəmi qripə bənzər əlamətlərlə kəskin respirator virus infeksiyaları fonunda inkişaf edir.

Sətəlcəm bütün dünyada yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbi sayılır. Uşaqlar bu xəstəlikdən daha çox əziyyət çəkirlər. Məlumatlara görə, hər il bu xəstəlik beş yaşadək 1 milyondan çox uşağın həyatına son qoyur.

Xəstəliyin əsas əlamətləri: titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, qısalmış tənəffüs, öskürək, yaşıl və ya sarı bəlğəm.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkıəzi sətəlcəm xəstəliyinə tutulmanın qarşısını almaq üçün bunları tövsiyə edib:

- Vaksinasiya olunun;
- Əllərinizi tez-tez sabunla yuyun;
- Tütünçəkmədən imtina edin;
- Sağlam qidalanın;
- Digərlərini qorumaq üçün öskürərkən ağzınızı dəsmalla tutun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.