Tədqiqatçı alimlər: Qədim Sakit Okeanın dibinin bir hissəsi Çin ərazisinin altındadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çin və ABŞ-dan olan bir qrup tədqiqatçı tektonik subduksiyalar nəticəsində Çinin şimal-şərqinin altına çəkilən yerin litosfer plitəsinin aşağı hissəsini aşkarlayıblar.
Milli.Az bildirir ki, AZƏRTAC bu barədə "nat-geo.ru" saytına istinadla məlumat yayıb. Bu plitənin qədim zamanlarda Sakit Okeanın dibində olduğu bildirilir.
Litosferin xarici səth təbəqəsi yavaş hərəkət edən, bəzən də bir-biri ilə toqquşan parçalanmış tektonik lövhələrdən ibarətdir. Belə toqquşmalar zamanı subduksiya adlandırılan geoloji proses baş verə bilər. Bu proses zamanı digər plitənin aşağı hissəsinə itələnən plitə sonda planetin dərinliklərinə irəliləyir.
Çinin şimal-şərqinə səpələnmiş 313 seysmik stansiyadan ibarət nəhəng bir şəbəkənin köməyi sayəsində alimlər bu hadisələrin nəticələrini müşahidə edirlər. Bundan əlavə, onlar əvvəllər Sakit okeanın altında yerləşmiş və indi mantiyanın ortasına itələnən tektonik plitənin hissələrinin təsvirlərini əldə edə biliblər.
Alimlər seysmometrlərdən istifadə etməklə seysmik təlatümlərin böyüklüyünü və yerini ölçə bilirlər. Seysmik dalğaların bəzi süxurlarındakı sürətlənmə və bəzilərindəki yavaşıma prosesləri alimlərə tibbi ultrasəs metodu ilə yerin təkinin təsvirlərini əldə etmək imkanı verir.
Tədqiqatçılar 67 mindən çox ölçü vahidini analiz etdikdən sonra Çin ərazisində Yerin səthindən 410 kilometrdən 660 kilometrədək dərinlikdə yertləşən tektonik plitənin alt və üst hissələrini müəyyənləşdiriblər.
Subduksiyanın nəticələrinin Çinin ərazisi altında müşahidə etmək mümkün olsa da, subduksiya zonasının özü daha uzaq şərqdən başlayır. Bu plitənin nisbətən 25 dərəcə bucaq altında aşağıya doğru əyildiyi bildirilir.
"Yaponiyanın ərazisi Sakit okean plitəsinin təxminən 100 kilometr dərinliyində olduğu yerdə yerləşir", - deyə Raysa Universitetinin seysmoloqu Fenlin Niu bəyan edib.
Alimlər yeni şəkillər sayəsində subduktiv plitənin keçid zonasına çatdığı zaman onda hansı dəyişikliklərin, o cümlədən hansı deformasiyaların baş verdiyini və həmin plitənin özünə məxsus olan okean qabığından nə qədər su itirdiyini daha yaxşı təsəvvür edə bilirlər.
Niunun sözlərinə görə, tədqiqat işlərinin çoxu mantiyanın keçid zonasındakı plitələrin daha çox deformasiyaya uğradığını sübut edir. Bundan əlavə, plitənin altındakı mantiyanın qismən əridilmiş hissələrinin istilik siqnalları plitənin suyun bir hissəsini keçid zonasına ötürdüyünü göstərir. Alimlər plitədə, onu mantiyanın dərinliyinə batmaqdan qismən qoruyan dəliyin meydana gəldiyini ehtimal edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur





