Maraqlı

“Apple” kompüterlər üçün “macOS Big Sur” əməliyyat sistemini təqdim edib

17 Noyabr 2020 08:46
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti "Mac" kompüterlərinə öz əməliyyat sisteminin "macOS Big Sur" adlandırılmış növbəti yeniləməsini yaymağa başlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Big Sur" yeniləməsində interfeys ciddi yenilənib və "Safari", Mesajlar və Xəritə daxil olmaqla əsas proqramlarda xeyli təkmilləşdirmələr həyata keçirilib. Yeniləmədə 13 düymlük "MacBook Pro", həmçinin "MacBook Air" və "Mac mini" kompüterlərinə quraşdırılmış "Apple M1" çipi ilə dərin inteqrasiya nəzərdə tutulub.

Yenilənmiş idarə mərkəzi "iOS" və "iPad OS" sistemlərinin tərtibat stilini xatırladır. İndi bir toxunuşla ƏS-nin əsas idarəetmə elementlərinə sürətli giriş imkanı əlçatan olub. Bildirişlər mərkəzində "iOS" tərzində vidcetlər və interaktiv bildirişlər əlçatan olub.

"Apple" şirkətindən bildirilib ki, məxfilik sahəsində böyük iş görülüb. İstifadəçilər indi öz fərdi məlumatlarının işlənməsini daha dəqiq idarə edə və izləyə bilərlər.

Bütün aktual "Mac" kompüterləri yaxın vaxtlarda "Big Sur" yenilənməsini əldə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.