Maraqlı

Bu möcüzəli bitki dermatiti, ekzemanı, psoriası və digər müxtəlif dəri xəstəliklərini müalicə edir

7 Noyabr 2020 20:20
Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aloe bitkisi hər evdə becərilməsi lazım olan bir bitkidir.Aloe bitkisinin saysız-hesabsız xəstəliklərin müalicsində istifadə edildiyini hamımız bilirik.

Aloe şirəsi min bir dərdin dərmanıdır. Bu bitkinin şirəsi nəinki, daxili xəstəliklərin, hətta dəri xəstəliklərinin müalicəsi zamanı çox faydalıdır. Aloe şirəsi yanıqların tez bir zamanda sağalmsına, dəridəki iltihabi proseslərin aradan qalxmasına, bir çox dəri xəstəliklərinin iz qoymadan sağalmasına səbəb olur.
Aloe şirəsinin dəriyə aşağıdakı faydaları vardır:  
* Aloe şirəsi üzdəki makiyajı təmizləyir, dərini rahatlaşdırır və sakitləşdirir.
* Aloe şirəsini şampununuza əlavə etdikdə saçlarınız daha da parlaq olar.
* Aloe şirəsi saçların uzanmasına səbəb olur. Onun tərkibind saçları uzadan fermentlər var.
* Aloe şirəsi ilə 2 dəqiqə saçları massaj etdikdə saçlarda təbii kondisioner effekti yaranır. Bunun üçün saçların dibi aloe şirəsi ilə massaj edilir və saçlar yuyulur.
* Aloe şirəsi yeni saçların əmələ gəlməsinə səbəb olur.
* Aloe şirəsi üzdəki akne xəstəliyinin sağalmasına səbəb olur.
* Aloe şirəsi ilə ağız boşluğunu sildikdə ağız yaraları sağalır.
* Aloe şirəsi sürtmək dırnaqların möhkəmlənməsinə səbəb olur.
* Aloe şirəsi dərinin regenerasiyasını sürətləndirir, dərinin qidalandırır.
* Yanıq yaralarının, psoriasın, herpesin, ekzemaların sağalmasında aloe şirəsinin tayı bərabəri yoxdur. Buna səbəb isə aloe şirəsinin dərinin bütün qatlarına nüfuz edə bilməsidir.
* Daxilə qəbul edildiyi zaman aloe şirəsi mədə-bağırsaq yarlarını sağaldır və immuniteti artırır.
* Aloe şirəsi içmək aybaşı ağrılarının aradan qalxmasına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.