Maraqlı

Apple-dan iPhone 12-ə enerji məhdudiyyəti

5 Noyabr 2020 21:50
Baxış: 1 032
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Apple şirkəti iPhone 12 və MagSafe şarj aləti ilə bağlı məhdudiyyətlərlə gündəmə gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətdən verilən açıqlamada bu enerji məhdudiyyəti ilə modelin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin ediləcəyi bildirilib. iPhone 12 seriyasının ən kiçik modelinin ən çoxu 12W enerji ala biləcəyi vurğulanıb. Digər iPhone modelləri üçün isə bu göstərici 15 W olacaq.

12W-luq enerjidən yararlanmaq istəyən iPhone istifadəçiləri isə əlavə USB naqildən istifadə etməli olacaqlar. Bu naqilin 9V/2.03A səviyyəli sistemlərdən istifadə etməsi əsas şərtdir.

Beləliklə, iPhone 12, iPhone 12 Pro və iPhone 12 Pro Max ən azı 9V/2.22A və ya 9V/2.56A səviyyəsində olan USB-C şarj alətlərindən enerji almalı olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.