Maraqlı

Çirkli hava virusdan ölüm hallarını artıra bilər

31 Oktyabr 2020 20:55
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havanın uzun müddət ərzində çirklənməsi dünyada COVID-19-dan ölüm riskini orta hesabla 15 faiz artıra bilər.

Nəticələri Avropa Beynəlxalq Kardioloqlar Cəmiyyətinin jurnalında ("Cardiovascular Research") dərc olunmuş beynəlxalq araşdırmada artıq erkən ölümlərə səbəb olan havanın çirklənməsinin yeni növ koronavirusdan ölüm hallarına təsir dərəcəsi müəyyənləşdirilib.

AZƏRTAC-ın verdiyi məlumata görə, Almaniyanın Mayns şəhərindəki Kimya İnstitutunun professoru Maks Plankın və onun həmkarlarının fikrincə, bu məsələdə Avropanın payı 19 faiz, Şimali Amerikanın 17 faiz, Şərqi Asiyanın isə 27 faiz təşkil edir.

Alimlərin hesablamalarına görə, havanın uzun müddət ərzində çirklənməsi COVID-19 səbəbindən baş verən ölüm hallarının Braziliyada 12, Portuqaliyada 11, İspaniyada 9, İtaliyada 15, Çexiya Respublikasında 29, Çində 27, Almaniyada 26, İsveçrədə 22, Belçikada 21, Hollandiyada 19, Fransada 18, Böyük Britaniyada isə 14 faiz artmasına gətirib çıxara bilər.

Tədqiqatçılar hesablama aparmaq üçün çirkləndirici kiçik hissəciklərə (PM2,5), torpağın çirklənməsinə və nəzarət şəbəkəsinə dair məlumatları peyk məlumatları ilə birləşdiriblər. Bununla yanaşı, müəlliflər sözügedən yoluxma və yeni növ koronavirus səbəbindən baş verən ölüm halları arasındakı birbaşa səbəb-nəticəni müəyyənləşdirməyiblər.

Tədqiqatçıların sözlərinə görə, çirkləndirici hissəciklər hüceyrələrin səthində yerləşən və yeni koronavirusun xəstələrə yoluxma prosesində iştirak edən ACE-2 reseptorunun aktivliyini artırır.

Tədqiqatda təmiz və bərpaolunan enerji mənbələrinə - yaşıl iqtisadiyyata keçidin havanın keyfiyyətinə və ətraf mühitə faydalı təsir göstərə biləcəyi xüsusi qeyd edilib. Alimlər əmin olduqlarını bildiriblər ki, yaşıl iqtisadiyyata keçid bütün dünyada iqlim dəyişikliyini məhdudlaşdıraraq yerlərdə insanların sağlamlığına kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.