Düşmənə qorxuducu zərbələr endirən - Azərbaycan istehsalı olan "Zərbə" PUA-ları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düzgün innovaiv həllər yalnız vətəndaşların rahatlığı üçün yox, həmçinin Vətənin təhlükəsizliyi yolunda atılan ən doğru addımdır. Bu gün Ordumuzun hərbi əməliyyatlarında pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə edir. Hazırda nəinki Azərbaycanda, hətta bütün dünya Qarabağ müharibəsində geniş istifadə olunan, düşmənin ən "qorxulu yuxusu" Türkiyə istehsalı olan "Bayraktar" PUA-larından danışır. Lakin döyüşlərdə "Bayraktar" PUA-larından başqa Azərbaycanın milli dronu olan "Zərbə" PUA-larından da geniş istifadə olunur.
Milli.Az techland.az-a istinadən bildirir ki, "Zərbə" PUA-ları ilk dəfə olaraq, 2016-cı il sentyabrın 21-də Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin "AZAD Sistemlər" müəssisəsində ictimaiyyətə təqdim olunub. Müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik "Zərbə" pilotsuz uçuş aparatlarının ilk təqdimatı Prezident İlham Əliyev iştirak ilə keçib.
Bəs, "Zərbə" PUA-larının sxemi necə qurulur?
İlk olaraq, məmulatların istehsalı üçün hissələr konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk, GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim keçmiş kadrlar məşğul olurlar.Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.
"Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə" mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Döyüşlər zamanı müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilə bilir.
2016-cı ilin Aprel hadisələri zamanı da "Zərbə" PUA-larından istifadə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzası olduğu pilotsuz uçuş aparatı Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
XƏBƏR LENTİ
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib





