Maraqlı

ABŞ üçün “iPhone 12” özəl funksiyaya malikdir

20 Oktyabr 2020 21:10
Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni "iPhone 12" modellərinin hamısı olduqca sürətli "5G mmWave" texnologiyası ilə işi dəstəkləməyəcək. Bu standart yalnız ABŞ bazarı üçün əlçatan olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "mmWave" texnologiyası ilə işləmə imkanına malik smartfonlarda əlavə antena var. "iPhone 12" modelinin beynəlxalq versiyasında bu detal yoxdur və bu səbəbdən millimetr dalğasında siqnal qəbul edə bilməyəcəklər.

"5G mmWave" texnologiyası məlumatların ötürülməsi üçün maksimal sürət təmin edir, amma uyğun baza stansiyasının iş radiusu kiçikdir və onun əhatə dairəsi, məsələn, stadion və ya aeroportu təmin edə bilər. ABŞ-ın "Verizon" mobil operatorunun baş direktoru Hans Vestberq "iPhone 12" modelinin təqdimatında deyib ki, smartfon qiqabit yükləmə sürətini təmin edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.